Trend-in əməkdaşı ilə “Mədəniyyət TV”də Beynəlxalq internet günü (VİDEO)

Trend BİA-nın müxbiri Vüqar İmanov “Mədəniyyət TV” telekanalında “Səhərçağı” verilişinin qonağı olub.

Trend-in
məlumatına görə, verilişin aparıcısı Səbinə Öz ilə söhbətdə sosial
şəbəkələrin ictimaiyyətin həyatında rolu müzakirə olunub.

Aprelin 4-ü, şagird və tələblələrin himayəçisi hesab olunan, 20
cildlik “Etymologiae” ensiklopediyasının müəllifi, müqəddəs İsidor
Sevilyalının (560-636) ölüm günündə Beynəlxalq internet günü qeyd
olunur. Maraqlıdır ki, 2003-cü ildə Roma papası bu şəxsi kompüter
və internetin himayəçisi də adlandırmışdı.

Həmçinin, günün qeyd olunduğu 4.04 tarixi internetdə çox adamın
üzləşdiyi 404 Not Found (Tapılmayıb) səhvini xatırladır. Bu səhvlə
istifadəçilər artıq silinmiş səhifə və materiala daxil olmağa
çalışarkən üzləşir.

Beynəlxalq internet gününün məqsədi insanlara internet məkanın
sonsuz imkanlarını xatırlatmaq və internetin bütün insanların həyat
keyfiyyətinin yaxşılaşdırılması və asanlaşdırılması üçün
yaradıldığını vurğulamaqdır.

Həmçinin bu gün veb-masterlər və tərtibatçılar öz peşə bayramını
qeyd edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: