Azərbaycanda bələdiyyələrin sayı çoxdur – Deputat

Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər
Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha çoxdur.

AzerTimes-ın məlumatına görə, bunu deputat Vüqar Bayramov Milli
Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən
orqanın illik məruzəsi haqqında” sənədin müzakirəsi zaman
deyib.

Deputat qeyd edib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil
olan müraciətlərin sayında artımlar müşahidə olunub.

“Bu isə ondan xəbər verir ki, bələdiyyələrin fəaliyyətinə
ictimai nəzarətin də gücləndirilməsinə ehtiyac var”, – V.Bayramov
bildirib.

Millət vəkili vurğulayıb ki, bələdiyyələrin səlahiyyətlərinin və
maliyyə imkanlarının genişləndirilməsi üçün bələdiyyələrin
təmərküzləşməsi və birləşdirilməsi məsləsinə baxılması məqsədə
uyğun olardı:

“Çexiyada 205, Bolqarıstanda 265, Rumiyada 103, Türkiyədə 1389
bələdiyyə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən
bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri ilə
müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin
səmərliliyinə və eləcə də şəffaflığına təsir göstərir”, – deyə o
bildirib.

Teqlər: