“Trend” BİA və Özbəkistanın Milli İnformasiya Agentliyi təcrübə mübadiləsini genişləndirməyi planlaşdırır

“Trend” Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Özbəkistanın
Milli İnformasiya Agentliyi UzA media sahəsində təcrübə
mübadiləsini genişləndirməyi planlaşdırır.

Trend-in
məlumatına görə, bunu UzA-nın baş redaktoru Qayrat Xonnazarov
deyib.

O bildirib ki, Trend-lə UzA arasında əməkdaşlıq memorandumunun
imzalanması agentliklərin əməkdaşları arasında təcrübə mübadiləsinə
xidmət edəcək.

“Hesab edirəm ki, agentliklərimizin bir-birindən öyrənməyə çox
şeyi var”, – Q.Xonnazarov deyib.

Onun sözlərinə görə, həmin memorandum Özbəkistanın beynəlxalq
KİV-lərdə daha çox işıqlandırılmasına kömək edəcək.

Twitter: @NatavanRzayeva5

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: