Bu il oktyabrın 7-də AGF-nin yenidən qurulmasının 20 ili tamam olur

Bu il oktyabrın 7-də AGF-nin yenidən qurulmasının 20 ili tamam
olur.

Bu məqsədlə ölkəmizdə idman gimnastikası üzrə keçiriən Dünya
kuboku zamanı yarış iştirakçılarına və tamaşaçılara Azərbaycan
Gimnastika Federasiyasının (AGF) 20-ci ildönümünə həsr olunmuş
yubiley nişanı və Azərbaycan gimnastikasının nailiyyətlərindən bəhs
edən videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, AGF-nin korporativ üslubuna uyğun hazırlanan
yubiley nişanında bədii gimnastika aləti olan lentin “sıfır” rəqəmi
işarəsi formasında olması ideyasından istifadə edilib. Burada qeyd
olunan “20 il inkişafda” yazıları AGF-nin 20 il ərzindəki uğur
hekayəsini əks etdirir.

Videoçarx ölkəmizin Birinci vitse-prezidenti, Mehriban xanım
Əliyevanın 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına
rəhbərlik etdiyi 20 ilik müddət ərzində gimnastika sahəsində əldə
olunan uğurlu inkişafdan və qazanılan yüksək nailiyyətlərdən bəhs
edir.

Xüsusi olaraq vurğulamaq istərdik ki, məhz Mehriban xanım
Əliyevanın rəhbərliyi altında həyata keçirilən uğurlu və səmərəli
fəaliyyət nəticəsində Azərbaycanda idmanın bu növünün inkişaf
mərhələsi başlayıb, beynəlxalq əlaqələr qurulub, yüksək
nailiyyətlər qazanılıb, federasiya bütün tədbirlər üzrə dünyada ən
fəal quruma çevrilib.

Teqlər: