“Trend” Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Özbəkistanın
Milli İnformasiya Agentliyi UzA media sahəsində təcrübə
mübadiləsini genişləndirməyi planlaşdırır.
Trend-in
məlumatına görə, bunu UzA-nın baş redaktoru Qayrat Xonnazarov
deyib.
O bildirib ki, Trend-lə UzA arasında əməkdaşlıq memorandumunun
imzalanması agentliklərin əməkdaşları arasında təcrübə mübadiləsinə
xidmət edəcək.
“Hesab edirəm ki, agentliklərimizin bir-birindən öyrənməyə çox
şeyi var”, – Q.Xonnazarov deyib.
Onun sözlərinə görə, həmin memorandum Özbəkistanın beynəlxalq
KİV-lərdə daha çox işıqlandırılmasına kömək edəcək.
Twitter: @NatavanRzayeva5
(Tərcümə: Orxan Nəbiyev)