Trend BİA rəhbərliyi TÜRKPA baş katibi ilə görüşüb (FOTO)

Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) direktoru
İlqar Hüseynov və agentliyin Xarici Layihələr Direksiyasının
rəhbəri Rufiz Hafizoğlu TÜRKPA Baş katibi Mehmet Süreyya Er ilə
görüşüb.

Görüş zamanı Trend BİA və Türkiyənin “Albayrak” Media Qrupunun
təşəbbüsü ilə yaradılan və türkdilli dövlətlərin xəbərlərini özündə
birləşdirən ilk türk rəqəmsal media platforması olan “Türk Dünyası”
(www.turkic.world) layihəsi haqqında Mehmet Süreyya Erə
məlumat verilib.

Qeyd olunub ki, hazırda media platformasına bütün türk
dövlətlərinin rəsmi dövlət agentlikləri qoşulublar və media
platforma artıq səkkiz dildə fəaliyyət göstərir. Görüşdə TÜRKPA-nın
fəaliyyətinin platformada geniş işıqlandırılması da müzakirə
olunub.

TÜRKPA baş katibi ziyarətdən məmnunluğunu ifadə edərək təşəkkür
edib və media sahəsində əməkdaşlığın vacib olduğunu vurğulayıb.

Türk dövlətləri arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf
etdiyini qeyd edən Mehmet Süreyya Er media sahəsində də
əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.

Teqlər: