Namidan Piriyevə yüksək vəzifə verildi

BAkı. Samir Əli – Trend:

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr
şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyevə yeni
vəzifə verilib.

Bu barədə AzerTimes-a N.Piriyevin özü məlumat verib.

Belə ki, daxili işlər naziri, general-polkovnik Vilayət
Eyvazovun əmri ilə Namidan Piriyev tutduğu vəzifədən azad edilərək
Baş Dövlət Yol Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin
edilib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə isə
hələlik təyinat yoxdur.

Teqlər: