Hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib (FOTO/VİDEO)

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında daşqaldırma
birinciliyi keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, yarışdan əvvəl Əlahiddə Ümumqoşun Ordunun
zabiti, polkovnik-leytenant Vahid Məmmədov hərbi qulluqçular
arasında idmanın kütləviliyinə nail olunması məqsədilə təşkil
olunan birinciliyin keçirilməsi və təhlükəsizlik qaydaları haqqında
məlumat verərək idmançılara uğurlar arzulayıb.

“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi
altında təşkil olunan birinciliyə isinmə hərəkətlərindən sonra
start verilib. 16 komandadan 90 idmançının 6 çəki dərəcəsində
mübarizə apardığı daşqaldırma yarışları birdən və təkanla qaldırma
üzrə keçirilib.

Hər çəki dərəcəsində qaliblər hər iki növ çalışmada yığılmış ən
çox xalla müəyyən edilib. Şəxsi hesabda 60 kq çəki dərəcəsində
əsgər Muraz Əhmədov, 65 kq çəki dərəcəsində baş çavuş Rəşad
Həsənov, 70 kq çəki dərəcəsində əsgər Səməd Şıxıyev, 80 kq çəki
dərəcəsində əsgər Maqsun Məmmədov, 90 kq çəki dərəcəsində əsgər
Raul Qənizadə və 90 kq-dan yuxarı çəki dərəcəsində əsgər Qabil
Bağırov birinci yerə layiq görülüb. Yekun nəticələrə əsasən komanda
hesabında üçüncü yerdə motoatıcılar, ikinci yerdə Daxili Qoşunların
“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası, birinci yerdə
isə xüsusi təyinatlılar qərarlaşıb. Şəxsi və komanda hesabında ilk
üçlüyə düşməyi bacaran qaliblərə kubok, diplom və fəxri fərmanlar
təqdim edilib.

Teqlər: