Trend BİA-nın əməkdaşı fotomüsabiqədə 1-ci yerə layiq görülüb (FOTO)

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar
Komissiyası 2021-ci ilin yekunlarına əsasən ədalətli oyun sahəsində
fərqlənənlərə və “Ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqənin
qaliblərinə mükafatlar təqdim edib.

Trend xəbər verir ki, MOK-un inzibati binasında keçirilən
tədbirə qurumun vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira
Meftaxetdinova, baş katib Azər Əliyev, sabiq baş katib Ağacan
Abiyev, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və
müxtəlif idman federasiyalarının nümayəndələri qatılıblar.

Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman
xadimi nominasiyasında mükafat MOK-un baş katibi Azər Əliyevə,
ədalətli oyun prinsiplərinə sadiq hakim mükafatı Asif Şirəliyevə
(güləş), ədalətli oyun prinsiplərinə sadiq məşqçi mükafatı Radiq
Hüseynova (güləş), ədalətli oyun prinsiplərinə sadiq idmançı
mükafatı karateçi Rafael Ağayevə təqdim olunub.

Bundan əlavə, beş fotoqraf “ədalətli oyun ruhu” mövzusunda
fotomüsabiqənin qalibi seçilib:

1-ci yer – Zaur Mustafayev, Trend Beynəlxalq Informasiya
Agentliyi (BİA),
2-ci yer – Azər Əlizadə, Olimpiya Dünyası qəzeti
3-cü yer – Dilavər Nəcəfov, Gənclər və İdman Nazirliyi

Həvəsləndirici mükafat – İlqar Cəfərov (Azərtac), Fərqanə
Qasımlı (Afb Azərbaycan Fotoqraflar Birliyi).

Teqlər: