Nazir Rəşad Nəbiyev mayın 20-də Ucarda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 20 may
2022-ci il tarixində saat 10:00-da Ucar şəhərində yerləşən Heydər
Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti 153)
Kürdəmir, Ucar, Göyçay, Ağdaş və Zərdab rayonlarının sakinlərini
qəbul edəcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o
cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində
əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları
dinləyəcək.

Teqlər: