Trampın oğlu Baydenlə Zelenskini ələ saldı

Trampın oğlu Baydenlə Zelenskini ələ saldı

ABŞ-ın keçmiş Prezidenti Donald Trampın böyük oğlu Donald Con sosial şəbəkədə Ukraynaya yardım üçün pul yığılmasını ələ salıb.

AzerTimes xəbər verir ki, bu barədə o, sosial media hesabında post paylaşıb.

Qeyd edilir ki, Donald Con Ukrayna Prezidenti Vladimir Zelenski ilə kollaj paylaşıb. Paylaşıma görə, o, ABŞ Prezidenti Co Baydendən telefonda soruşur:

“Mənim pulum haradadır, Co?”

“Sakitləşin, mənim 87 min vergi müfəttişim hazırda onları toplayır”, – deyə Bayden cavab verir.

Şərhlərdə Con bunun sadəcə zarafat olduğunu, lakin həqiqətən də baş versə, təəccüblənməyəcəyini yazıb.

Teqlər: