Rusiyanın itirdiyi texnikaların sayı açıqlandı

Rusiyanın itirdiyi texnikaların sayı açıqlandı

Rusiya ordusu Ukraynaya genişmiqyaslı işğalın başlanmasından bəri ən azı 8044 texnika itirib.

AzerTimes xəbər verir ki, bu barədə “Oryx” layihəsi məlumat yayıb.

“Söhbət yalnız itkisi foto və video materiallarla təsdiqlənən avadanlıqlardan gedir. 4927 avtomobil məhv edilib, 198-i zədələnib, 300-ü atılıb, 2619-u qənimət götürülüb”, – məlumatda deyilib.

Qeyd olunur ki, Rusiya ordusu 1504 tank (onlardan 862-si məhv edilib, 522-si qənimət götürülüb) itirib:

“İndiyə qədər Rusiya 718 zirehli döyüş maşını (439-u məhv edilib, 245-i qənimət götürülüb), 1748 PDM (1078-i məhv edilib, 553-ü qənimət götürülüb), 154 reaktiv yaylım atəş sistemi və 80 zenit-raket kompleksi itirib”.

Teqlər: