Trampın evində tapılan sənədlər bu ölkələrlə bağlıdır

Trampın evində tapılan sənədlər bu ölkələrlə bağlıdır

ABŞ-ın eks-prezidenti Donald Trampın Floridadakı malikanəsində Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən ələ keçirilən sənədlərdə İran və Çin ilə bağlı həssas kəşfiyyat məlumatları olub.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.

Qeyd olunub ki, Trampın mülkündə axtarışlar zamanı ələ keçirilən ən azı bir sənəddə İranın raket proqramı, digər sənədlərdə Çin ilə bağlı xüsusi kəşfiyyat məlumatları olub. Belə ki, İran və Çinlə bağlı sənədlər ən məxfi sənədlərdən biri hesab olunur.

Teqlər: