Rusiyanın atdığı raketlərin 60 faizini vururuq – Reznikov

Rusiyanın atdığı raketlərin 60 faizini vururuq – Reznikov

Ukrayna Silahlı Qüvvələri Rusiya tərəfindən atılan bütün raketlərin 60%-ni vurmağı bacarır.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Ukrayna müdafiə naziri Aleksey Reznikov çıxış edib.

Onun sözlərinə görə, yaxın aylarda Ukrayna hava hücumundan müdafiəni xeyli gücləndirəcək:

“Demək istəyirəm ki, bizim hava hücumundan müdafiə sistemlərimiz bu gün artıq hava hədəflərinin 60%-ni vurur. Bu, qanadlı və ballistik raketlərə aiddir. Pilotsuz uçuş aparatlarında isə bu rəqəm qat-qat yüksəkdir. Biz faizi artırmağa çalışacağıq. Düşünürəm ki, bir neçə aydan sonra hava hücumundan müdafiəmizi əhəmiyyətli dərəcədə gücləndirəcəyik”.

Teqlər: