Tramp Baydeni üstələyir – Yeni sorğu

Tramp Baydeni üstələyir – Yeni sorğu

ABŞ vətəndaşlarının əksəriyyəti keçmiş lider Donald Trampın noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyinə inanır.

AzerTimes xəbər verir ki, bu barədə “Rasmussen Reрorts” tədqiqat mərkəzinin dərc etdiyi sosioloji sorğunun nəticələrində deyilir.

Belə ki, sorğu iştirakçılarının 56%-i Trampın ABŞ-ın hazırkı prezidenti Co Baydenə qalib gəlmə ehtimalının olduğunu bildirib.

Sorğunun nəticələrinin statistik səhvi 3 faiz bəndidir. Araşdırma aprelin 11, 14 və 15-də aparılıb. Sorğuda mindən çox insan iştirak edib və onlar 2024-cü ildə keçiriləcək prezident seçkilərində səs vermək niyyətindədirlər.

Teqlər: