Kanada hakimiyyəti Ukrayna ərazisində PUA-ların istehsalı üçün Kiyevə 3 milyon Kanada dolları (2,1 milyon dollar) ayıracaq.
AzerTimes xəbər verir ki, bunu Kanadanın milli müdafiə naziri Uilyam Bleyer deyib.
“Bu, Kanadanın Ukraynada PUA-ların istehsalına birbaşa töhfə verdiyi ilk hadisədir”, – nazir deyib.
Bundan əlavə, Kanada Çexiyanın təşəbbüsü çərçivəsində Ukrayna silahlı qüvvələri üçün sursat almaq üçün 13 milyon dollar (9,5 milyon ABŞ dolları) ayıracaq.