Tramp ABŞ-da məktəblərində müəllimlərə silah gəzdirməyə icazə verməyə çağırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp lazımi təlim almış
amerikalı müəllimlərə məktəblərdə gizli şəkildə silah gəzdirməyə
icazə verilməsini istəyib.

Trend xəbər
verir ki, bu barədə o ABŞ Milli Atıcılar Assosiasiyasının Texasda
keçirilən toplantısında bildirib.

Tramp fikrini onunla izah edib ki, məktəblər “ən zəif hədəflər”
sərasında olmamalıdır. Məhz bu səbəbdən, onun fikrincə, müəllimlərə
ehtiyatlı şəkildə silah gəzdirməyə icazə verilməlidir.

O, həmçinin bütün təhsil müəssisələrində metal detektorların
quraşdırılmasını, sinif otaqlarında qapıların möhkəmləndirilməsini
və məktəblərdə polis və ya silahlı mühafizəçinin növbətçiliyi ilə
bağlı normanın tətbiqini təklif edib.