Mingəçevir Dövlət Universitetinin startap layihələri “TEKNOFEST Azərbaycan”da təqdim olunur (FOTO)

2022-ci ilin 26 may tarixindən Bakı Kristal Zalı və ətrafındakı
Dənizkənarı Bulvar ərazisində start verilən “TEKNOFEST Azərbaycan”
Aerokosmik və Texnologiya Festivalında Mingəçevir Dövlət
Universitetinin (MDU) də startap layihələri təqdim olunur.

Mayın 27-də MDU-nun rektoru Şahin Bayramov festivalda iştirak
edib, universitetin startap komandalarının stendləri ilə tanış olub
və onlarla xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, Türkiyədən kənarda ilk dəfə olaraq Azərbaycanda
keçirilən qardaş ölkənin ən böyük aviasiya, kosmos və texnologiya
festivalının Aqrar texnologiyalar müsabiqəsi və “Smart Qarabağ”
hakatonunda MDU 13 tələbə və mentorun daxil olduğu 3 komanda ilə
təmsil olunur. “Sevil” komandası “Ağıllı müqəvva – əkin
tarlalarının uzaqdan qorunması”, “Aqrinova” komandası “İrrinova –
süni intellektlə suvarmanın uzaqdan idarə olunması” və “Zəfər”
komandası “GarabaghVRTEX – Qarabağdakı tarixi məkanların virtual
reallıq ilə gəzinti cihazının dizaynı” layihələrini nümayiş
etdirir.

Teqlər: