Toyota avtomobil istehsalını 10% azaldacaq

Yaponiyanın ən böyük avtomobil konserni “Toyota Motor” bu ilin
may ayında dünya üzrə zavodlarında avtomobil istehsalını 700 min
avtomobil və ya ilkin planlaşdırılan səviyyənin 10%-ə qədər
azaldacaq.

Trend xəbər verir ki, bu barədə yerli “Nikkei” gəzeti məlumat
yayıb.

Qeyd olunur ki, bununla belə, şirkət Yaponiya daxilindəki
müəssisələrdə istehsalını təxminən 200 min avtomobilədək
azaldacaq.

May ayında “Toyota”-nın xarici zavodlarında konveyerdən cəmi 500
000 avtomobil çıxacaq ki, bu da gözləniləndən 100 000 azdır.

Qəzetin qeyd etdiyi kimi, buna səbəb Ukraynadakı vəziyyətdən
irəli gələn tədarük zəncirlərinin pozulması, həmçinin bəzi
ölkələrdə, o cümlədən Çində koronavirusun yayılmasına qarşı
məhdudiyyətlərin yenidən tətbiq edilməsidir.