Nyu-York metrosundakı silahlı hücum nəticəsində azı 29 nəfər xəsarət alıb

Nyu-York metrosunda baş verən silahlı insident nəticəsində
yaralananların sayı 29 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə yerli CNN telekanalı məlumat
yayıb.

Bruklin ərazisindəki “36th street” metro stansiyasında atışma
səhər saatlarında – 08:30 radələrində baş verib. Daha əvvəl azı 10
nəfərin güllə yarası aldığı bildirilirdi.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən
qaradərili şəxsin axtarışlarını davam etdirir.