Tovuzdan Gəncəyə toya gələn qonaq qayıdarkən avtomobil qaçırdı (FOTO)

Gəncədə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs
saxlanılıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Gəncə
şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin və Təhlükəsiz
Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində vətəndaşa məxsus “VAZ” markalı avtomobili
qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini Fikrət Aydınov
saxlanılıb.

Araşdırmalar zamanı şübhəli şəxsin qonaq gəldiyi toyda spirtli
içki qəbul etdiyi daha sonra Tovuz rayonuna qayıdarkən avtomobil
qaçırdığı məlum olub. F.Aydınov Şəmkir rayonunda saxlanılaraq
istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam
etdirilir.

Teqlər: