Tovuzda qəza: yaralılar var

Tovuzda qəza: yaralılar var

Tovuz rayonunun Düz Cırdaxan kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AzerTimes Report-a istinadla xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində, 1998-ci il təvəllüdlü Eltun Nağıyev, 1999-cu il təvəllüdlü Elşən Rüstəmli və onun həmyaşıdı Turxan Abbasov müxtəlif bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: