410-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

410-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 410-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 406 təyyarəsi, 228 helikopteri, 3716 PUA-sı, 415 zenit-raket kompleksi, 8593 tank və digər zirehli texnikası, 1078 reaktiv yaylım atəş sistemi, 4543 artilleriya və minaatanı, 9387 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: