Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Tovuzda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistralının Tovuz rayonun Əyyublu kəndindən
keçən hissəsində qeydə alınıb.

Trend xəbər verir ki, hərəkətdə olan “VAZ-2107” markalı minik
avtomobili “Shacman” markalı yük maşını ilə toqquşub. Qəza zamanı “VAZ-2107″nin sərnişini 58 yaşlı Hüseyn Məmmədov dünyasını dəyişib.
Onun sıxılmış vəziyyətdə qalmış meyiti Fövqəladə Hallar
Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz rayon hissəsinin
xüsusi xilasetmə briqadasının əməkdaşları tərəfindən deformasiyaya
uğrayan avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil
verilib.

Sürücü 51 yaşlı Elçin Məmmədov müxtəlif bədən xəsarətləri ilə
Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

Teqlər: