Rusiya və Fransa liderləri arasında növbəti telefon danışığı baş tutacaq

Rusiya prezidenti Vladimir Putin və Fransa dövlət başçısı
Emmanuel Makron arasında şənbə günü telefon danışığının baş
tutacağı planlaşdırılır.

Trend xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi
Dmitri Peskov jurnalistlərə bildirib.

Bundan əvvəl iki ölkə başçısı arasında telefon danışığının
planlaşdırıldığı haqqında məlumatı Fransa tərəfi yaymışdır.

Xatırladaq ki, fevralın 8-də Putin və Makron arasında Moskvada
görüş keçirilmişdir.

Teqlər: