Tovuz və Masallı rayonlarına yeni polis rəisləri təyin edildi

Xəbər - Samir Əli – Trend:

Azərbaycanın daha iki rayonuna yeni polis rəisi təyin edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmrlər imzalayıb.

Nazirin əmrləri ilə, Masallı rayonunun polis rəisi Habil Əmiraslanov Tovuz rayon Polis Şöbəsinə, Neftçala rayon polis şöbəsinin rəisi polkovnik Vüsal Şəbəndəyev isə Masallı rayon Polis Şöbəsinə rəis təyin edilib.

.


Teqlər: