Paytaxtda “Toyota” ilə “Каmaz” toqquşdu: 1 ölü

Xəbər - Samir Əli – Trend:

Bakıda ölümlə nəticələnən ağır qəza olub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda “Toyota” markalı minik avtomobili və “КамАЗ” markalı yük avtomobili toqquşub.


Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Teqlər: