“Toshiba” Rusiyadan sifarişlərin qəbulunu dayandırır

“Toshiba” elektrotexniki korporasiyası Rusiya Federasiyasından
sifarişlərin, eləcə də bu ölkəyə bütün investisiyaların
dayandırıldığını elan edib.

Trend xəbər verir ki, bu barədə şirkətin açıqlamasında
deyilir.

Məlumata əsasən, sözügedən qərar Ukraynadakı vəziyyətlə əlaqədar
qəbul edilib: “Toshiba Group Rusiyadan sifarişlərin qəbulunu və bu
ölkəyə investisiyaları dayandırır”.