ABŞ Qlobal Ekologiya Fonduna 600 milyon dollar vəsait ayıracaq

ABŞ hökuməti Qlobal Ekologiya Fonduna dörd il ərzində 600,8
milyon dollar ayırmağı vəd edib.

Trend xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti və
Maliyyə Nazirliyinin birgə bəyanatında deyilir.

“Aprelin 8-də ABŞ Qlobal Ekologiya Fondunun səkkizinci dəfə
doldurulmasını dəstəkləmək üçün növbəti dörd il ərzində 600,8
milyon dollar ayıracaq”, – deyə bəyanatda bildirilir.

Ümumilikdə, ABŞ və 28 digər donor Fonda 5 milyard dollardan çox
vəsait ayıracaqlar ki, bu da “yeddinci doldurma dövrü ilə
müqayisədə təxminən 30 faiz çoxdur”.

ABŞ-ın birinci tranşı 150,2 milyon dollar təşkil edəcək.