Tonqa Krallığı sahillərində 6 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri təxminən 22,4 min əhalisi olan Nukualofa şəhərindən 99 kilometr cənub-qərbdə, ocağı isə 180 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.