Kanadada etiraz aksiyası zamanı avtomobil 4 nəfəri vurub

Kanadanın Vinnipeq şəhərində (Manitoba əyaləti) etiraz aksiyası zamanı naməlum şəxs avtomobili etirazçıların üzərinə sürüb.

AzerTimes-ın “CTV” telekanalına istinadən verdiyi məlumata görə, insident etirazçıların toplaşdığı qanunvericilik məclisinin binası qarşısında baş verib.

Şahidlərin sözlərinə görə, naməlum şəxs ağ rəngli yolsuzluq avtomobilini etirazçıların üzərinə sürüb, bir neçə nəfəri vurub, sonra isə yüksək sürətlə hadisə yerini tərk edib.

Bildirilir ki, insident nəticəsində 4 etirazçı xəsarət alıb, onlara tibbi yardım göstərilib.

Polislər hadisəni törədən şəxsi qısa zamanda aşkar edərək həbs ediblər. Onun hərəkətinin motivi məlum deyil.