Türkiyədə ötən sutka koronavirusa 98 715 yoluxma halı qeydə alınıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) 221 nəfər vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 421 435 nəfər test edilib, 98 715 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 80 402 nəfər sağalıb.