Toivo Klaar Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri ilə görüşüb

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo
Klaar Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri ilə
görüşüb.

Trend xəbər verir ki, bu barədə Klaarın özü “Twitter”
səhifəsində məlumat verib.

“Dünən bizim Azərbaycan baş nazirinin müavini Şahin
Mustafayevlə, bu gün isə Ermənistan baş nazirinin müavini Mher
Qriqoryanla əla görüşümüz oldu. Hər iki tərəfdə münasibətlərin
qurulmasına güclü sadiqliyi görmək xoşdur”, – Klaar yazıb.

Teqlər: