Tim Kuk “Android”i təhlükəli avtomobil ilə müqayisə edib

Təhlükəsizliyə əhəmiyyət verməyənlər “Android” smartfonlarına keçə bilərlər.

AzerTimes-ın “MacRumors”a istinadən verdiyi məlumata görə, bunu “Apple” şirkətinin rəhbəri Tim Kuk “DealBook” konfransı zamanı deyib.

T.Kuk “iPhone” istifadəçilərinin təsdiqlənməmiş proqram və xidmətləri yükləyə bilməmələri barədə suala cavabında bildirib: “Tətbiqlərin təhlükəli yüklənməsinin tərəfdarısınızsa, “Android” smartfonu ala bilərsiniz”

Çıxışı zamanı “Apple” şirkətini rəhbəri “Android” bazasında olan smartfonları təhlükəli avtomobillərlə müqayisə edib: “Hesab edin ki, mən avtomobil istehsalçısı kimi alıcıya deyirəm ki, maşına təhlükəsizlik yastıqları və təhlükəsizlik kəmərləri qoymayın”.

Onun sözlərinə görə, “Android” platformasında kənar proqramların yüklənilməsi imkanı istifadəçilər üçün çox təhlükəlidir.