Qazaxıstanda koronavirusa daha 1 219 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 219 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 952 886 nəfərə, ölənlərin sayı isə 12 349 nəfərə çatıb.


Bildirilir ki, ötən gün koronavirusdan 1 936 nəfər, hazırkı dövrədək isə 908 126 nəfər sağalıb.