Tiflisə uçan iki sərnişin təyyarəsi Bakıya enməli oldu

Tiflisə uçan iki sərnişin təyyarəsi Bakıya enməli oldu

Banqkok-Tiflis marşrutu üzrə reys həyata keçirən Malayziyanın “AirAsia” şirkətinin təyyarəsinin kapitanı təyinat məntəqəsində duman olduğuna görə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş sorğusu göndərib.

AzerTimes xəbər verir ki, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 09:13-də Bakı hava limanına eniş edib.

Həmçinin səhər saatlarında Bakı aeroportu duman səbəbindən Tiflis beynəlxalq hava limanına eniş edə bilməyən Polşanın LOT aviaşirkətinin təyyarəsini qəbul edib. Hava gəmisi saat 07:46-da Bakıdan təyinat yerinə yola düşüb.

Teqlər: