Tiflis Ukrayna savaşında mövqeyini elan etdi

Tiflis Ukrayna savaşında mövqeyini elan etdi

İrakli Qaribaşvili bəyan edib ki, Gürcüstanda Rusiya üçün “ikinci cəbhə” açılmasına və Rusiya-Ukrayna müharibəsinə qoşulmağa imkan verməyəcəklər. Bu, son aksiyalar və mümkün inqilab təhlükəsi fonunda gürcü xalqının dəstəyini qazanmağa hesablanmış “bizi devirsələr, Gürcüstanı müharibəyə qoşacaqlar” mesajı da ola bilər.

AzerTimes xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

“Hərçənd, “ikinci cəbhəyə imkan verməyəcəyik” açıqlaması Rusiya-Qərbə qarşıdurmasında rəsmi Tiflisin tərəfini elan etməsi, Qərbə qarşı açıq mübarizə çağırışıdır. Və belə görünür ki, qonşumuzda küçədən keçəcək uzunmüddətli mübarizə mərhələsi başlayacaq”, – o bildirib.

Teqlər: