ABŞ Krıma hücum zamanı Kiyevə belə yardım edəcək

ABŞ Krıma hücum zamanı Kiyevə belə yardım edəcək

Birləşmiş Ştatlar Krımda hücuma hazırlaşan Ukraynaya dəstək vermək qərarına gəlsə, bunu üç yolla edəcək.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyatçısı Skott Ritter deyib.

“Birləşmiş Ştatlar hücumun planlaşdırılması üçün lazım olan materialların, silahların və kəşfiyyat məlumatlarının ötürülməsi ilə bağlı yardım göstərir. ABŞ Dövlət katibinin müavini Viktoriya Nulandın sözlərindən belə bir nəticə çıxarmaq olar”, – o bildirib.

Qeyd edək ki, fevralın ortalarında Nuland Rusiyanın Krımdakı hərbi obyektlərini Ukrayna üçün “qanuni hədəflər” adlandırıb. O, həmçinin Ağ Evin bu istiqamətdə Kiyevə dəstək verəcəyinə söz verib.

Teqlər: