Tibb bacılarının I Respublika forumu keçiriləcək

12 may 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi
Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük
Hospitalının birgə təşkilatçılığı, eləcə də Mərkəzi Gömrük
Hospitalının rəsmi tərəfdaşı Türkiyənin Florence Nightingale
Xəstəxanalar qrupu və “Dayaq“ patronaj xidmətinin əməkdaşlığı ilə
12 may Beynəlxalq Tibb Bacısı Gününə həsr edilmiş Tibb Bacılarının
I Respublika Forumu həyata keçiriləcək.

Hibrid formatda həyata keçiriləcək Forumda “Orta tibb işçisinin
müasir hazırlıq hədəfləri”, “Tibb bacısının işində nəzəriyyənin
təcrübəyə tətbiqi”, “Tibb bacılarının peşəkar fəaliyyət
standartları” başlıqlı 3 sessiyada Azərbaycan, Türkiyə və ÜST-nin
yüksəkixtisaslı mütəxəssisləri tərəfindən hazırlanmış ümumilikdə 14
məruzə dinləniləcək. Forum sual-cavab sesiyaları vasitəsilə
interaktiv şəklində həyata keçiriləcək.

Forum proqrama uyğun olaraq tibb bacıları üçün nəzərdə
tutulmuşdur.

Forum əyani olaraq Mərkəzi Gömrük Hospitalında, distant olaraq
isə ZOOM platformasında həyata keçiriləcək.

Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya sertifikat
veriləcək.

Forumda iştirak ödənişsizdir.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

Distant iştirak üçün qeydiyyat linki:
https://us06web.zoom.us/webinar/register/WN_ZpJFc7_hSg2JHDrx89EA3Q

Proqramla tanış olmaq üçün link:
https://customshospital.az/12-may-beynelxalq-tibb-bacisi-gunune-hesr-edilmis-tibb-baclarinin-1-respublika-forumu/#gsc.tab=0

Teqlər: