“Masdar”ın Azərbaycanda “yaşıl” enerji üzrə yeni əməkdaşlıq təklifləri müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinə
(BƏƏ) səfəri çərçivəsində “Masdar” şirkətinin baş icraçı direktoru
Mohamed Jameel Al Ramahi ilə görüşüb.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, “Masdar” şirkətinin Abu-Dabidə yerləşən
mənzil-qərargahında baş tutan geniş tərkibli görüşdə bərpa olunan
mənbələrdən enerji istehsalı üzrə əməkdaşlığın yeni layihələrlə
genişləndirilməsi əsas müzakirə obyekti olub. “Masdar” şirkətinin
əməkdaşlıq təklifləri Azərbaycanın “yaşıl” enerji siyasəti və
hədəfləri çərçivəsində, texniki-iqtisadi və digər aspektlərdə
dəyərləndirilib.

Görüşdə, həmçinin Qaradağ GES-in nəzərdə tutulan vaxtda
istismara verilməsi istiqamətində görülən işlər və icra prosesini
sürətləndirəcək qarşılıqlı addımlar da nəzərdən keçirilib.
Bildirilib ki,“Masdar” ilə hazırda həyata keçirilən və
planlaşdırılan layihələr Azərbaycanın bərpa olunan mənbələrdən
elektrik enerjisinin və hidrogenin ixrcatçısı olmasını, eləcə də
karbon emissiyalarının azaldılmasına birgə töhfəni təmin edəcək
böyük imkanlardır.

Teqlər: