Tezliklə bununla bağlı cavab alacağıq – Zelenski

Tezliklə bununla bağlı cavab alacağıq – Zelenski

Ukraynaya AB üzvlüyünə namizəd statusunun verilməsi qərarı təkcə bizim dövlətimizi deyil, bütün Avropa Birliyini gücləndirəcək.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bu gün 10 günə başa çatmalı olan böyük diplomatik marafonun final mərhələsi başladı. Və biz əslində bu marafonda Avropa Birliyi ilə birlikdə – bir komandadayıq və bu komanda qalib gəlməli olacaq. Əminəm ki, Ukraynanın namizəd statusu ilə bağlı tezliklə cavab alacağıq”, – Zelenski qeyd edib.

Teqlər: