Bakı, 1919-cu il: Cümhuriyyət əleyhinə nümayiş – Foto

Bakı, 1919-cu il: Cümhuriyyət əleyhinə nümayiş – Foto

Bakıda, 1919-cu ilin iyulunda keçirilən nümayişin fotosu paylaşılıb.

AzerTimes xəbər verir ki, tarixi fotonu paylaşan diplomat, professor Vilayət Quliyev 1919-cu ilin iyulunda Denikinin könüllü ordusunun Cümhuriyyət sərhədlərinə yaxınlaşdığını xatırladıb.

“Denikinin ordusunun Cümhuriyyət sərhədlərinə yaxınlaşdığı bir vaxtda keçirilən nümayişin iştirakçılarının monarxist ruslar olduğunu və aksiyanın Cümhuriyyət əleyhinə çevrildiyini düşünmək mümkündür. Səhv etmirəmsə, Qoburnat bağının (Filarmoniya bağı) yanından, indiki Niyazi küçəsi ilə üzüyuxarı gedirlər”, – professor qeyd edib.

Teqlər: