Teymur Musayev Ermənistanın əsassız iddialarına cavab verdi

Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində
keçirilən ümumi debatlar zamanı çıxış edən Azərbaycanın səhiyyə
naziri ilk öncə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru
vəzifəsinə yenidən seçilməsi münasibətilə cənab Tedros Qebreyesusu
təbrik edərək ÜST-nin fəaliyyətinin ölkəmiz tərəfindən daim
dəstəkləndiyini bildirib.

Səhiyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir
pandemiyadan irəli gələn çağırışların, o cümlədən güclü, dayanıqlı
səhiyyə sistemlərinin yaradılmasında beynəlxalq əməkdaşlığın
vacibliyindən danışıb. Bu xüsusda, səhiyyə sahəsində ölkədə həyata
keçirilən mühüm proseslərdən bəhs edib.

Nazir bildirib ki, Azərbaycan hökuməti ölkə ərazisində yaşayan
bütün etnik qrupların, o cümlədən erməni əsilli Azərbaycan
vətəndaşlarının sağlamlıq hüquqlarını təmin etməyə hazırdır. Bunu
nəzərə alaraq, Ermənistan nümayəndə heyətinin beynəlxalq səhiyyə
platformasının imkanlarından istifadə edərək hazırkı Assambleyada
əsassız və təxribat xarakterli iddiaların səsləndirilməsinin
qəbuledilməz olduğunu vurğulayıb, əvəzində iki ölkə arasında
başlanılmış sülh prosesinə töhfə verməyə çağırıb.

Teqlər: