Ermənistan və Azərbaycan baş nazir müavinləri səviyyəsində növbəti görüşdə ortaya hansısa bir sənədin qoyulmasını gözləyirik – Ceyhun Bayramov

Yaxın zamanlarda Ermənistan və Azərbaycan arasında baş
nazirlərin müavinləri səviyyəsində növbəti görüşün keçirilməsi
zamanı artıq ortaya hansısa bir sənədin qoyulmasını gözləyirik.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri
Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycan bu istiqamətdə artıq bir ildən
çoxdur öz sistemli addılarını atır. “Artıq bu barədə geniş məlumat
yayılıb ki, Azərbaycan ərazisində Ermənistan sərhədlərinə doğru həm
dəmir, həm avtomobil yolları üzrə işin icra əmsalı kifayət qədər
yüksəkdir və 2023-cü ildə həm dərmir yolunun, həm də avtomobil
yolunun inşası Azərbaycan ərazisində başa çatacaq.

“Eyni zamanda, bütün bu müzakirələrin uzun müddət çəkməsi və
uzun müddət ərzində konkret nəticələrinin əldə olunmaması
Azərbaycan dövlətini bu çox önəmli nəqliyyat infrastrukturunun
inkişaf etməsindən dayandıra bilməzdi. Onu da bilirsiniz ki, mart
ayında İran İslam Respublikası ilə razılıq əldə edilib və orada
çoxəməlli tədbirlər həyata keçirilir. Biz düşünürük ki, yazın
zamanlarda növbəti addımların şahidi olacağıq. Yəni istənilən halda
Azərbaycan İran ərazisi üzərindən də alternativ yolun çəkilməsi
işini davam etdirəcək və bu marşrut işlək vəziyyətə
gətiriləcək.

Düşünrəm ki, artıq Ermənistanın da burada normal, praqmatik və
üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirərək işləri başa
çatdırması müəyyən mənada öz marağındadır”, – deyə nazir qeyd
edib.

Teqlər: