Abşeron rayonunun Aşağı Güzdək avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)

Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 18-ci km-dən
ayrılan və 3.8 km uzunluğa malik torpaq örtüklü Aşağı Güzdək
avtomobil yolu uzun müddət istismar olunmasına baxmayaraq əsaslı
şəkildə təmir edilmədiyindən hərəkətdə problemlər yaradırdı.
Problemlərin aradan qaldırılması, ərazidə yaşayan 11 min əhalinin
rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə
başlanılıb.

AAYDA-dan AzerTimes-a bildirilib ki, avtomobil yolu 2 hərəkət
zolaqlı və 10 metr enində olmaqla yenidən qurulur.

Yolun böyük hissəsi torpaq, bir hissəsi isə deformasiyaya
uğramış asfalt örtüyündən ibarət idi. Yenidənqurma işləri
çərçivəsində örtük sökülüb, torpaq yatağının yararsız hissələri
qazılaraq çıxarılıb. Yeni torpaq yatağının və yol əsasının inşası
aparılıb. Yolboyu zəruri yerlərdə piyada səkiləri inşa edilib,
səkilərin kənarlarına yeni səki daşı düzülüb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun
asfaltlanması işlərinə start verilib və asfalt-beton örtüyünün alt
layı artıq döşənib. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və
texnika cəlb edilib.

Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin
təşkili üçün yolboyu zəruri yerlərdə yol nişanları quraşdırılacaq,
yolun üfüqi nişanlanma xətləri çəkilərək yol yeni və müasir
görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Teqlər: