Bəzi Tesla markalı elekttrik avtomobillərin sahibləri sosial şəbəkələrdə korporasiyanın serverindəki nasazlıq səbəbindən öz avtomobillərinə daxil olub onu işə sala bilmədiklərindən şikayətləniblər.
Trend xəbər verir ki, Tesla-nın rəhbəri İlon Mask avtomobil sahiblərindən birinin Twitter-də yazdığı mesaja şəxsən cavab verib və problemlərlə bağlı məlumatların yoxlanıldığını bildirib.
Noyabrın əvvəlində Tesla 2017-2021-ci il buraxılışının təxminən 11,7 min Model S, Model 3 və Model X elektrik avtomobillərini, eləcə də 2020-2021 buraxılış Model Y proqram təminatı səhvinə görə geri çağıracağını açıqlamışdı.