Amazoniya meşələrinin qırılması son 15 ilin pik nöqtəsinə çatıb

Amazon tropik meşələrində ağacların qırılması son 1 ildə 22 faiz artaraq son 15 ilin pik həddinə çatıb.

AzerTimes xəbər verir ki, Braziliya Milli Kosmik Tədqiqatlar İnstitutunun (INPE) hesabatına görə, 2020-ci ilin avqustundan 2021-ci ilin iyuluna qədər dünyanın ən böyük 5,100 kvadrat mil (13,2 min kvadrat kilometr) ağac örtüyü məhv edilib. Bundan əlavə, 2019-cu ildən ölkə Belçikanın ərazisindən daha çox meşə sahəsini itirib.

Qlazqoda keçirilən BMT-nin COP26 İqlim Konfransında Braziliya nümayəndə heyəti meşələrin qırılmasına son qoymağı vəd edərək, 100-dən çox ölkəyə qoşuldu. Ölkə gələn ilə qədər Amazoniyada meşələrin qırılmasını 15 faiz azaldacağını bildirib. Lakin ekspertlər indi Braziliyanın belə göstəricilərə nail ola biləcəyinə şübhə ilə yanaşırlar.

Teqlər: