Tərtərdə evdə yanğın olub

Tərtər. Trend:

Tərtər rayonunda ev yanıb.

AzerTimes-ın
məlumatına görə, hadisə rayonun Qaraqoyunlu kəndində baş verib.

Belə ki, Qardaşxan Əkbər oğlu Abbaszadəyə məxsus ümumi sahəsi
144 kv metr olan fərdi yaşayış evinin yanar konstruksiyalarının 96
kv metr hissəsi əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi və
yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: