BMT “Azovstal”dan təxliyə əməliyyatını davam etdirir

BMT Mariupoldakı “Azovstal” zavodundan mülki şəxslərin təxliyəsi
əməliyyatını davam etdirir və hamının təhlükəsiz çıxışını təmin
etməyə hazırdır.

AzerTimes-ın məlumatına görə, bu barədə təşkilatın Humanitar
Məsələlərin Əlaqələndirilməsi üzrə İdarəsinin nümayəndəsi Saviano
Abreu bildirib.

“Əməliyyat davam etdiyi üçün konvoyun mülki şəxslərin və
humanitar əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün hazırda
əlavə məlumat verməyəcəyik. BMT, həmçinin Mariupoldan hamının
təhlükəsiz çıxışını təmin etməyə çalışmağa davam edəcək. BMT bu işi
təmin etmək üçün tərəflərlə fəal şəkildə faəliyyət göstərir”, –
deyə S.Abreu qeyd edib.

Onun sözlərinə görə, əməliyyat Beynəlxalq Qızıl Xaç Komitəsi
(BQXK), Rusiya və Ukrayna ilə əlaqələndirilir.