Tərtər rayon sakini güllələnərək öldürülüb

Tərtər rayon sakini güllələnərək öldürülüb.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Qapanlı kəndində baş verib.

Belə ki, odlu silahla vurulan kənd sakini Balacayev Murad Yaqub oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.


Kənd sakininin Əhlimanlı Ziyadxan Elman oğlu tərəfindən öldürüldüyü bildirilir.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Teqlər: